ARB Aran | ||
ARB Aran
ARB Aran — 2009-cu ildə "El TV" adıyla Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. El Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "ARB Aran" kanalının efir vaxtı 19 saatdır.